Siyasət

Erməni əsgərlər necə yanaraq külə dönüb? – Tağım komandiri detalları açıqladı

Bu hadisə ehtiyatsız münasibətdən, diqqətsiz yanaşmadan baş verib. Benzindən istifadə olunub, amma bunun hansı şəraitdə baş verdiyi barədə təfərrüatları bilmirəm.

Jamaz.info xəbər verir ki, bunu yanvarın 19-da jurnalistlərə müsahibəsində Geqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin tağım komandiri deyib.

Onun sözlərinə görə, binanın içərisində 21 nəfər olub, onlardan 15 nəfər ölüb, daha 3 nəfər yaralanıb, daha 3 nəfər isə həyətdə olub.

“Valideynlərdən biri oğlunu axtarmağa gəlib. Soruşdu: “Oğlum haradadır? Cavab verə bilmədim. Bu, artıq altıncı valideyn idi”, – deyə hərbçi bildirib.

Ermənistan hökumətinin iclasında səslənən versiyaya – yanğın, sobanı yandırmaq istəyən zabitin 5 litrlik benzin qabından yararlanması və bundan sonra alovun ona keçməsi, onun isə özünümüdafiə instinktini əsas götürərək bu qabı hərbi hissənin sığınacağına tərəf atması faktına gəldikdə, komandir deyib: “Bu, sadəcə bir versiyadır, heç nə deyə bilmərəm, bütün bunlara yalnız istintaq orqanları aydınlıq gətirə bilər”.

Bu ehtimal edilən zabitin kim olduğunu soruşduqda, o, belə cavab veib: “Qurbanların sayı çoxdur, fərziyyələr haqqında danışmamaq daha yaxşıdır. Mənim öz subyektiv versiyalarım var, onları səsləndirə bilmirəm. Bu, belə deyil. Soba həmişə yanırdı, yəqin ki, bu fərziyyə əsasında ocağın yandırılması üçün benzindən istifadə olunurdu. İsitmək üçün əsasən odun və kömürdən istifadə edirik, kənddə qaz yoxdur. Əsasən kağız yandırırdılar”.

O, məsuliyyət məsələsinə də toxunub: “Ordunun zəifləməsi və ya hərbçilər arasında deyildiyi kimi, bu “bardak” hamıdan gəlir – Baş Qərargah rəisindən, nazirdən, baş nazirdən. Bundan sonra mənimlə istədiklərini etsinlər, mənim üçün heç maraqlı deyil, çünki valideynlərə cavab verə bilməməkdən daha pis bir şey yoxdur”.

Müdafiə naziri və Baş Qərargah rəisinin istefa vermədiyi bir vaxtda tağım komandiri korpus komandirinin və onun müavininin işdən çıxarılmasını məntiqli hesab etmir. “İstintaq yekunlaşdırılmalı və günahkarlar qanun çərçivəsində maksimum cəzalandırılmalıdır. Bu “bardak”a görə hamımız cavabdehik, o cümlədən siz, mən zabit kimi, üçüncü şəxslər və sair”, – deyə o bildirib.

Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis-istehkam bölüyünün sığınacağında yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 15 hərbçi həlak olub. Faktla bağlı cinayət işi başlanıb. İkinci ordu korpusunun komandiri və digər vəzifəli şəxslər işdən çıxarılıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button