ManşetSosial

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində nə baş verir? –ŞİKAYƏT

Göyçay rayonu, Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu rəsmi qurumlar və dövlət başçısına müraciət edərək, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəki özbaşınalıqdan şikayət edib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs bildirib ki, kollecdə korrupsiya halları ciddi araşdırılmalıdır.

Onun sözlərinə görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır. “Ancaq həmin tələbələrin əksər hissəsi 80%-i  dərsə gəlmir. Tələbələrin 98 %-nin biliyi sıfır səviyyəsindədir ki, bu böyük biabırçılıqdır. Bunu subut etmək üçün Kollecində təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komisiya tərəfindən mütləq yoxlanılamlıdır”.

Rəvan Mustafayev qeyd edir ki, kollecdə imtahanlar rüşvətlə aparılır. “Bilik səviyyəsi sıfır, davamiyyəti isə olmayan tələbələr rüşvət verib imtahandan yüksək qiymətlə keçə bilirlər. Həttda elə tələbələr var ki, dərs oxuyur, davamiyyəti var, ancaq rüşvət vermədiyi üçün imtahandan min bir bəhanı ilə kəsilir”.

Göyçay sakini iddia edir ki, Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb. “Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər. Həmin tələbələr dərsə gəlmədən bilik səviyyəsi sıfır olsa da, imtahandan yüksək qiymətlə keçirlər. Hətta həmin tələbələrə yüksək təqaüd də təyin edilir”.

Şikayətçi onu da iddia edir ki, kollecin müəllimlərinin çoxu evlərində kirayə saxladıqları tələbələrin hamısını imtahandan keçiblər. “Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında təriflər videosu çəkdirib, sosial şəbəkədə yaydırmaqla öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir”.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button