CəmiyyətManşet

David Babayan: “Ağdam yolu açılsa, Laçın dəhlizinə ehtiyac qalmayacaq”

“Fikrimcə, Ağdam yolu Laçın dəhlizinin tam yenidən işə salınmasından əvvəl açılsa, bu, Qarabağın  99% dağılmasına səbəb olacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Qarabağdakı separatçı quldurların nümayəndəsi David Babayan çıxış edib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın dəhlizinə ehtiyac qalmayacaq. “Samvel Babayan öz təklifini verib. Əgər başqa təklif varsa, onda onları müqayisə edib ortaq məxrəcə gəlmək lazımdır. Kiminsə təklifi sadəcə olaraq rədd edilməməsi üçün müzakirə aparılmalı və real həll yolu tapılmalıdır”.

P.S. Elə separatçıların ən böyük dərdi də budur. Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın dəhlizinə ciddi ehtiyac qalmayacaq. Onlara lazım olan ərzaq və digər zəruri malların Bakıdan göndərilməsi təşkil olunacaq. Başqa ölkələr də hər hansı humanitar yardım göndərmək fikrindədirlərsə, bunu Füzuli Hava Limanı və ya Ağdam yolu ilə həyata keçirə bilərlər. 

Laşın dəhlizi bağlı qalarsa, bu separatçıların indiyə qədər çıxdıqları hoqqabazlıqlara son deməkdir. Onlar Ermənistandan daha əvvəlki kimi, silah-sursat daşıya bilməyəcəklər. Üstəlik, onların qaçacaq yerləri olacaq. 

Azərbaycan hər nə gücünə olursa olsun, Laçın dəhlizini bağlı saxlamalı, yalnız Ağdam yolunu açıq tutmalıdır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button