İqtisadiyyat

ABŞ açıqladı: “Dünya ölkələrinin 80 faizində qiymətlər aşağı düşəcək”

ABŞ Xəzinədarlığı 2024-cü ilə qədər dünya ölkələrinin 80%-də qiymətlərin düşəcəyini gözləyir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Amerika agentliyinin rəhbəri Canet Yellen məlumat verib.

“Beynəlxalq Valyuta Fondu və digər proqnozçular 2023-cü ildə qlobal iqtisadiyyatın geniş şəkildə yavaşlamasını proqnozlaşdırırdılar, bu baş vermədi. Əvəzində artım gözləntiləri üstələyərək 3,1% oldu və inflyasiya azaldı. Bu il ölkələrin təxminən 80%-də qiymətlərin düşəcəyi gözlənilir”.

Hələ 2023-cü ilin yanvarında Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadi artım 2024-cü ildə sürətlənməyə başlayacaq. BVF həmçinin bu il qlobal ÜDM artımını 3,1%, 2025-ci ildə isə 3,2% proqnozlaşdırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button