ManşetSosial

Operativ Qərargah martın 10-da toplaşacaq: Quru sərhədlər açılacaqmı?

2020-ci ilin martından etibarən bağlı qalan Azərbaycanın quru sərhədləri ilə bağlı yaxın günlərdə qərar verilə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə özəl mənbələrdən məlumat daxil olub.  

Həmin xəbərdə deyilir ki, sonuncu dəfə aprelin 2-nə kimi bağlı saxlanılması barədə qərar verilən quru sərhədlərin açılması məsələsinə martın 10-da aydınlıq gətirilə bilər. Belə ki, həmin gün Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısı keçiriləcək. Ehtimal edilir ki, həmin toplantıda quru sərhədlərin açılması məsələsi və karantin rejimin ləğv olunması reallaşa bilər.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti 2020-ci ilin əvvəlində quru sərhədlərin bağlanmasını dünyanda tüğyan edən koronavirus pandemiyası ilə əlaqələndirmişdi. Həmin vaxt əksər dünya dövlətləri xəstəliyin yayılmaması üçün bu addımı atmışdılar. Lakin sonradan pandemiya azaldı və hazırda yox səviyyəsindədir. Və bütün dünya dövlətləri karantin rejiminin bitdiyini bəyan edərək, quru sərhədlərini açdılar.

Amma Azərbaycan rəsmiləri Dünya Səhiyyə Təşkilatının “pandemiya bitdi” açıqlamasına rəğmən, sərhədləri hələ də qapalı daxlamaqda davam edir. Bunu yenə karatntin rejimi ilə izah etməyə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button