Siyasət

Əliyevin açıqlaması İrəvanı qarışdırıb: erməni spiker nə xahiş edib?

Prezident İlham Əliyevin dünən Xocalıda çıxışı zamanı səsləndirdiyi fikirlər Ermənistan siyasi dairələrini ciddi şəkildə narahat etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın dövlət başçısı “Ermənistanın tək çıxış yolu, Azərbaycanın bütün şərtlərini qəbul etməkdir” sözlərini işlədib.

Ermənistan parlamentinin spikeri alen Simonyan bu gün məsələ ilə bağlı açıqlama verərək deyib ki, bütün addımlar qarşılıqlı olmalıdır. “Tələblər irəli sürmək doğru deyil. Xüsusən də bir neçə gündən sonra görüşlərimiz var”.

O iddia edib ki, danışıqlar ərəfəsində Azərbaycan təzyiqləri artırmaq üçün Ermənistanın mövqelərini atəşə tutur. “Bakının ölkəmizdə gündəmə diqtə etməsinə imkan verməməliyik. Bir zamanlar Azərbaycan “dəhliz” ifadəsini ortaya atdı. Onu gündəmdən çıxarmaq üçün çox çalışdıq və nail olduq. İndi deyirlər ki, istəmirsinizsə, dəhlizi İrandan keçirək. Görün necə oynayırlar”.

Simonyan onu da deyib ki, Azərbaycanla bütün problemlərin həllini müzakirə etməyə hazırdırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button