Dünya

Makronun təklifi: III Dünya Müharibəsinin qapıları aralanır

Avropa ölkələri Ukraynada gedən müharibədən ciddi şəkildə narahat olmaqla yanaşı, həm də Rusiya ilə müharibəyə hazırlıq mərhələsinə qədəm qoyduqlarını etiraf etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Fransa prezidenti Emmuanel Makron ötən gün Parisdə 20 ölkənin rəhbəri ilə keçirdiyi görüşdə bir sıra ciddi açıqlamalar verib.

O bildirib ki, Avropa liderləri yaxın illərdə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdırlar. “Kollektiv təhlil ondan ibarətdir ki, biz bir neçə ildən sonra Rusiyanın hücumuna hazırlaşmalıyıq”.

Bundan başqa, Makron deyib ki, Ukraynanın qalib gəlməsi üçün NATO ölkələri Kiyevə təkcə silah deyil, həm də ordu hissələri də göndərməlidir. Yəni, NATO hərbi birliklərini meydana göndərməli və Rusiya ilə savaşa salmalıdır.

Bu məsələyə Avropa ölkələrinin yanaşması birmənalı olmayıb. Polşa prezidenti Duda deyib ki, başqa çıxış yolları yoxdur və Fransa ilə bu məsələdə həmrəydirlər.

Slovakiya və Sloveniya prezidentləri isə bu prosesə qatılmayacaqlarını deyiblər. Onlar belə bir addımı təhlükə sayıblar. Çexiya isə onlardan fərqli olaraq, başqa yol görmədiklərini və bu prosesə hazır olduqlarını vurğulayıb.

Türkiyə tərəfinə gəlincə, bu ölkənin mətbuatı qeyd edir ki, Makronun təklifi NATO-nu Rusiya ilə müharibəyə cəlb etməkdir ki, bu da üçüncü dünya müharibəsi deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button