ManşetSiyasət

Armen Badalyan: “Ruslar erməniləri Qarabağa qaytarmaq istəyirlər, amma alınmayacaq”

“Azərbaycanın heç bir bəyanatı sülh prosesinə mane olmayıb. Onun arxasında duran Azərbaycan və Türkiyə Rusiyanın Ukraynadakı fəaliyyətinin nəticələrini gözləyirlər ki, görsün, Qarabağla bağlı hansı siyasəti həyata keçirəcəklər. Ona görə də sülh müqaviləsi təxirə salınır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni texnoloq Armen Badalyan deyib.

O iddia edib ki, Azərbaycan bu gün sülh sazişini imzalaya bilər. “Amma imzalamayacaq. Sülh müqaviləsinin iki variantı var: Rusiya və Qərb. Ermənistan Qərb variantını imzalamaq istəyir, Azərbaycan yox. Rusiya müharibədə qalib gəlsə, o zaman təbii ki, Qarabağ məsələsinə münasibət güclənəcək. İstisna deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi problemləri olacaq və yeni hökumət sülh sazişini nəzərə almaya bilər. Ona görə də Azərbaycan gözləyir. Ermənistan hakimiyyəti isə həmin sənədi Rusiyaya göstərmək üçün bir gün əvvəl sülh sazişini imzalamaq istəyir ki, Ermənistana Rusiya hərbi bazası daha lazım deyil, Cənubi Qafqazda artıq sülh var. Amma Azərbaycan o zövqü verməyəcək, təxirə salacaq. İndi deyir: Konstitusiyanı dəyiş, sonra deyəcək: Ukraynada müharibə bitənə qədər başqasını dəyiş”.

Badalyan deyib ki, heç bir Qarabağ ermənisi Azərbaycana inteqrasiya edib, Azərbaycan pasportu almağa getməyəcək. “Onlar orada Rusiya sülhməramlılarının nəzarəti altında qalmayacaq. Birincisi, Xankəndidə Azərbaycan bayrağı endirilməmiş, Qarabağ Respublikası bərpa olunmamış, Qarabağ ordusu bərpa olunmamış ora getməycəklər. Çünki Azərbaycan buna imkan verməyəcək. Qarabağ erməniləri geri qayıtmayacaqsa, bu o deməkdir ki, sülhməramlıların orada heç bir işi yoxdur və onların müqaviləsi 2025-ci il noyabrın 9-da başa çatır və onlar noyabrın 10-dan ərazini tərk etməlidirlər”.

Erməni siyasi texnoloq bildirir ki, ruslar ermənilərini geri qaytarmağa çalışırlar. “Azərbaycanın tərkib hissəsi kimi o vaxt heç nə etmədilərsə, indi heç nə etməyəcəklər. Bu şəraitdə Qarabağ erməniləri geri qayıtmayacaq. Burada əsas məsələlərdən biri rsu hərbi bazasının Ermənistandan çıxarılmasıdır. Əgər ruslar çıxarsa, onların yeri Qərbə veriləcək. Bu isə Rusiyanın Qafqazı itirməsi deməkdir. Odur ki, Rusiya erməniləri Qarabağa, geri qaytarmaq üçün hər şeyə çalışır, amma alınmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button