İqtisadiyyatManşet

Bakı İrəvana qaz satacaqmı?

Bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında qaz kəmərlərinin bərpası məsələsi gündəmə gətirilmişdi. Hətta Qarabağ müharibəsindən sonra ilk dəfə idi ki, Rusiyanın xahişi ilə Azərbaycan Ermənistana qaz nəqlini bir həfətlik bərpa etmişdi. Buna səbəb isə “Qazprom”un Ermənistana qaz nəqli prosesində problemin yaranması idi.

JAMAZ.İNFO xəbər verir ki, həmin ərəfələrdə Ermənistanın energetika və mineral sərvətlər nazirinin müavini Akop Vardanyan bəyan etmişdi ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan gələn qaz kəmərini bərpa etməyə hazırdır.

Bəs, hazırda bununla bağlı müzakirələr gedirmi? JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bununla bağlı açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında qaz kəmərlərinin bərpası məsələsi hələlik müzakirə edilmir. Lakin nazirlik gələcəkdə bu məsələyə baxa biləcəklərini də istisna etməyib.

P.S. Qeyd edək ki, hələ sovet dönəmində Ermənistanın qaz təhcizatı Azərbaycan tərəfindən həyata keçirilirdi. 20 noyabr 1991-ci il Qarakənd faciəsindən sonra Azərbaycan Ermənistana təbii qaz verilişini dayandırdı. Həmin müddətdən bəri rəsmi Bakı ilə İrəvanın bütün əlaqələri kəsildi. O dönəmdən bəri Bakı ilə İrəvan arasında Qarabağ məsələsi istisna olmaqla, heç bir məsələdə müzakirə aparılmayıb.

İndi isə bunun üçün imkanlar var. Əgər Ermənistan haqqa gəlib, sülh sazişini imzalayarsa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, o zaman Bakı və İrəvan arasında iqtisadi əlaqələrin qurulması mümkün ola bilər. O cümlədən, Ermənistanın təbii qazla təhcizatı bərpa olunar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button