GündəmManşet

Zod sakinləri kəndi kütləvi tərk edirlər: “Başqa variantımız yoxdur”

“Biz hələ də Zoddayıq. Bu müddət ərzində həmin gündən atışma səsləri olmasa da, gərgin vəziyyətdə qalmaqda davam edirik. Hər halda burada qalmaq təhlükəsiz deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Pastinfo”ya Basarkeçər rayonunun Zod kəndinin sakinləri deyiblər.

Kənd sakinləri bildiriblər ki, son baş verənlərdən sonra onlar gündüzlər kəndə gələrək, işlərini görürlər. Axşam saatlarında isə qonşu rayona və kəndlərə gedirlər. “Hələ insanlar gəlib-gedirlər. Amma qorxu içindədirlər. Siz atışmanın nə olduğunu bilmirsiz. Yaxşı, kəndə heç bir ziyan vurmayıblar”.

Zod sakinlərinin sözlərinə görə, ötən ilin sentyabr hadisələri ilə əlaqədar kənddə mülkünü satıb, köçən ailələr olub. “Qalanların da imkanı yoxdur ki, getsinlər. imkan olsa, elə indi kənddən gedəcəyik. Başqa variantım yoxdur. Oğlum bu gün-sabah evlənməlidir. Amma mən istəmirəm ki, gənc ailə qorxu içində gəlib burada yaşasın.Bizim sadəcə seçimimiz yoxdur. Burada yaşamaq mümkün deyil, çünki heç vaxt başını yastığa qoyub rahat yata bilməzsən”.

“Past”a danışan erməni ailərlərindən biri deyib ki, onlar qaynanasıgilə köçmək məcburiyyətində qalıblar. “İndi evin kadastr məsələsi ilə məşğuluq. Əgər bir şey olsa, heç olmasa kompensasiya ala bilək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Zod istiqamətində təxribata əl atıb. Həmin döyüşlər zamanı düşmənin 3 əsgəri öldürülüb, 2-si isə yaralanıb. Bundan başqa, Ermənistan ordusunun PUA-ları idarəetmə məntəqəsi məhv edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button