Dünya

Moskvaya növbəti PUA hücumu

Ötən gecə üç pilotsuz təyyarə Moskvaya şimal-qərb və cənub-qərbdən hücum etməyə cəhd edib. JAMAZ.İNFO xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Tver və Kaluqa vilayətlərində, eləcə də Moskva vilayətinin İstra bölgəsində pilotsuz təyyarələri məhv edib. “İlkin məlumata görə, İstrada dağıntıların düşməsi nəticəsində məişət obyektinə ziyan dəyib. Operativ xidmətlər nəticələrin aradan qaldırılması üzərində işləyir”.

Öz növbəsində, “Shot” teleqram kanalı yazır ki, dronun parçaları Moskva vilayətinin Pavlovskaya Sloboda şəhərində qaz balonları olan qarajın yanına düşüb. Nəticədə yanğın başlayıb, bir neçə güclü partlayış səsi eşidilib.

Sobyanin yazır ki, pilotsuz təyyarə Tver marzının Zavidovo kəndi yaxınlığında vurulub.

Qeyd edək ki, hava məkanında pilotsuz təyyarələrin peyda olması fonunda Moskva hava limanlarında həyəcan vəziyyəti elan edib. “İndiyə kimi, 40 reys gecikib. Vnukovoda 23, Domodedovoda 2, Şeremetyevo hava limanlarında 15 reys. Həmçinin Vnukovoya iki reys ləğv edilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button