GündəmManşet

Qarabağda quldurbaşı olmaq üçün savaş qızışır: Daşnakların nümayəndəsi də “namizəd” oldu

Qarabağda quldur dəstəsinin başçısı olmaq üçün mübarizə qızışmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, dünənə qədər səssiz şəkildə baş verən proseslər, artıq aşkar olmağa başlayıb.

Belə ki, hazırda Qarabağda separatçılara başçılıq iddiasında olan əsas adam kimi Samvel Şahramanyan göstərilirdi. Ona dəstək verənlər arasında Bako Saakyan və Arkadi Qukasyanın olduğu da deyilir. Paralel olaraq, Arayik Harutyunyan da onun quldur dəstəsinə başçılıq etməsində maraqlıdır. Çünki Şahramanyan “seçilərsə” Arayikin qohumu “dövlət naziri” olacaq.

Lakin bu gün məlum olub ki, “namizəd” sırasına Qarabağdakı qondarma “parlament”in “sədri” David İşxanyan da qoşulub. Onun dünən sənədləri qeydə alınması üçün təqdim olunub. Bu isə Şahramanyan və adamları tərəfindən xoş qarşılanmayıb. Çünki İşxanyan daşnakdır və Qarabağda Ermənistan Daşnaksütun Partiyasını təmsil edir. Onun quldurbaşı təyin olunması Arayik və adamları üçün bir sıra problemlərə səbəb olacaq. Ən azından İşxanyan onlar barəsində araşdırma aparmaqla bağlı göstəriş verə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button