ManşetSiyasət

İranlı ekspertdən növbəti yalan: “Azərbaycan və İsrail anti-İran planları həyata keçirməyə çalışır”

“İranın XİN başçısı Türkiyə xarici işlər naziriylə görüşdə Qafqaz regionunda geosiyasətin dəyişməməsi ilə bağlı İranın mövqelərini bir daha vurğuladı. Bu arada görünən odur ki, İran və Azərbaycan Bakının Cənubi Qafqazda (Zəngzur dəhlizinin tikintisi) heç bir addım atmayacağı barədə anlaşıb”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər iranlı beynəlxalq məsələlər üzrə şərhçi  Seyid Rza Sədr əl-Hüseyninin “İran” qəzetinə veridyi müsahibəsindəndir.

Lakin o, iddia edib ki, Azərbaycan bu razılaşmaya baxmayaraq, coğrafi cəhətdən addım atıb, atmayacağı məlum deyil. “Görünən odur ki, Azərbaycanın hakimiyyət orqanları diplomatik mövqelərini media səviyyəsində mötədilləşdirməyə çalışıblar. Lakin sionist rejimin ayağını bu sahəyə açması mürəkkəb vəziyyət və regiondakı dəyişiklikləri mümkünsüz edir. Təxmin edilən müddətdə bu sahədəki bölücü hərəkatların qısa zamanda sonu gətiriləcək”.

əl-Hüseyni bunu onunla “əsalandırıb” ki, guya, İsrail son zamanlar bölgədə öz hərəkətliliyini artırıb. “İsrail Bakı ilə əlaqəni daha da yaxınlaşdıraraq anti-İran planlarını daha da irəliyə aparmağa cəhd edir. İran isə buna imkan vermək niyyətində deyil”.

O vurğulayıb ki, Tehranla Bakının münasibətlərində problemlərin yaranmasına bu konteksdə baxmaq lazımdır. Onun sözlərinə görə, hazırda Qafqazda Zəngzur dəhlizinin qurulması səyləri Azərbaycana dəstək verən pərdəarxası aktorların yardımı ilə aktual olaraq qalır. “Lakin indiyədək bu məsələnin qırmızı xətlərdən biri və İranın təhlükəsizlik sferası olduğu aydın olub. Çünki İranın maraqları var və bunun baş verməsinin qarşısını almağa da hazırdır. Amma güman etmək olar ki, Bakı Tehranın xəbərdarlığını ciddi qəbul edir”.

Xatırladaq ki, əl-Hüseyni İran-Azərbaycan münasibətlərinin gərginlik dövründə Azərbaycana qarşı torpaq iddiasında olanlardan biri idi. O, Azərbaycanınn “əzəli İran torpağı” olduğunu, “Naxçıvanı ələ keçirəcəklərini” iddia edirdi. Bu açıqlaması da elə həmin yanaşmadan başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button