Sosial

Nazirdən dərman açıqlaması: Qıtlıq yoxdur

Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur.

Jamaz.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dünyada baş verən hadisələr dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb. Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur.

“Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir”, – nazir çıxışında vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button