Dünya

ABŞ və Almaniya Kiyevə tank tədarükü ilə bağlı razılığa gələ bilmədi

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə dəstək təmas qrupunun Amerikanın “Ramşteyn” aviabazasındakı görüşü ərəfəsində Ukraynaya tanklar göndərilməsi ilə bağlı Almaniya ilə razılığa gələ bilməyib.
Jamaz.info bu barədə CNN-ə istinadla xəbər verir.
Kanalın məlumatına görə, Pentaqon rəhbəri Lloyd Austin və Almaniya müdafiə naziri Boris Pistorius arasında görüşdən əvvəl Vaşinqton “çox optimist olub və tankların tədarükü məsələsində irəliləyiş əldə edəcəklərinə əminmiş”, – departamentdəki bir kanal mənbəsi bildirib. Bununla belə, mənbələrə görə, məsələ hələ də həllini tapmayıb və Ostinin cəhdlərinə baxmayaraq, Almaniyanın fikrini dəyişməsi “təəccüblü olardı”.
“Time” jurnalı ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır ki, Ostin və Pistorius cümə axşamı keçirilən görüşdə hər iki tərəfin tankları Kiyevə ilk ötürə bilməyəcəyinə dair “arqumentləri ortaya qoyublar”. Xüsusilə, Pentaqon rəhbəri bildirib ki, Alman Leopard 2-ləri Ukrayna üçün daha uyğun hesab olunur, çünki onlar Amerikanın “Abram”larından daha az yanacaq sərf edir, onlara qulluq etmək daha asandır və bütün Avropada geniş şəkildə mövcuddur.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski təmas qrupunun Ramşteyn görüşündən “güclü qərarlar” gözlədiyini bildirib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button