ManşetSiyasət

Separatçılar qorxuya düşüblər: “Sülh sazişindən sonra dəhliz bağlanacaq”

Azərbaycan dövlətinin Qarabağda yaşayan ermənilərlə danışıqlara başlamaq istəməsi barədə açıqlama istər İrəvandakı, istərsə də Xankəndidəki separatçı və revanşistləri hərəkətə gətirib. Onlar məsələyə dəxli olub, olmayan hər şeydən danışaraq, axırda da “etiraz edirik” deməklə yekunlaşırlar.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda özünü “deputat” elan etmiş David Qalstyan deyib ki, Qarabağ məsələsinin müzakirəsi üçün yeganə məqbul format Minsk qrupudur və Azərbaycanla yalnız həmin formatda tam təmsil olunmaqla danışıqlar aparmaq olar. Özü də separatçılar tərəf kimi, Qarabağ isə “respublika” olaraq prosesdə iştirak etməlidirlər.

Qalstyan daha sonra deyib ki, əgər həmin danışıqlar baş tutarsa, Ermənistan da prosesdə iştirak etməlidir. Özü də Qarabağın təhlükəsizliyinin təminatçısı kimi.

Erməni zəvzək daha sonra qorxusunu da dilə gətirib. O deyib ki, Ermənistanın Azərbaycanla sülh sazişi bağladıqdan sonra Qarabağdan imtina edəcəyindən qorxurlar. “Qorxuruq ki, sülh sazişindən sonra Ermənistan Azərbaycan tərəfindən prosesdən tamamilə kənarlaşdırsın. Ardından isə Laçın dəhlizini bağlasın”.

Ermənilərin bir çoxu elə zənn edir ki, rəsmi Bakı Qarabağdakı separatçılarla danışıqlar aparacaq. Amma yanılırlar, bu mümkün deyil. Dəfələrlə də bildirilib ki, bu baş verməyəcək. Baş verməsi də mümkün deyil. Çünki separatçılar bizim üçün qanunları pozmuş terrorçudurlar və onlar üçün hüquqi məsuliyyət var. Üstəlik, terrorçu ilə danışıqlar masasına oturmurlar, silahla qarşısına çıxırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button