Dünya

İran Fransa maşınlarının idxalına qadağa qoydu

İran Fransaya məxsus avtomobillərin ölkədə qeydiyyatına və idxalına qadağa qoyub.

Jamaz.info xəbər verir ki, bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə bir qərar Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edilib:

“Qərar çərçivəsində “Reno”, “Pejo” və “Sitroen” kimi firmaların istehsal etdiyi avtomobillərin İrana idxalı qadağan edilib. Bu firmalara heç bir lisenziya verilməyib. Avtomobil idxalına gəldikdə isə bizim diqqətimiz yalnız Yaponiya, Koreya, Çin və Fransadan başqa digər Avropa avtomobillərinə yönəlib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button