GündəmManşet

Azərbaycan Qarabağda rusların PUA-sını vurub?

Ermənistan mediası daha bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, bu dəfəki iddia “Hraparak” nəşrindən gəlib.

Erməni qəzeti yazır ki, Azərbaycan Silahlı Qüvvələrinin radioelektron döyüş bölmələri Qarabağda Rusiya istehsalı olan “Orlan-10” pilotsuz uçuş aparatını vurub. Qəzet onu da iddia edir ki, kəşfiyyat PUA-sı Azərbaycan mövqelərindən bir qədər uzaqda, Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazidə zərərsizləşdirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı məlumat yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button