ManşetSosial

Qarabağ qazisi çarəsiz qalıb: nə iş verirlər, nə də müalicəsinə kömək edirlər

“Deməli, bir neçə gün öncə İcra Hakimiyyətinə getmişdim ki, mənə nəsə yardım edilsin. Məni qəbul edən şəxs oturdu mənimlə birgə şikayətləndi. Problemlərimizi danışıb, bir birimizə təsəlli verdik. Yəni heç bir köməklik olunmadı, getdim”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Vətən Müharibəsi Qazisi Səyyad Quliyev deyib.

O bildirib ki,daha sonra səhhəti ilə əlaqədar (müharibədən sonra yaranıb) poliklinikaya gedib və müayinələrdən keçmək üçün xəstəxanaya göndəriş versinlər. “Poliklinikada dedilər ki, sənin adın sistemdə çıxmır. Göndəriş verə bilmiyəcəyik. Çünki qeydiyyatdan çıxarılmışam”.

Səyyad Quliyev bildirir ki, iki gün bundan öncə də, məşğulluq xidmətinə müraciət edib. Fərdi məşğulluq proqramı ilə əlaqədar. “Yönləndirdilər Bakı Regional Məşğulluq mərkəzinə. 2 dəfə də ora get-gəl etdikdən sonra da, qeyd etdilər ki, yeni qanuna əsasən fərdi məşğulluqla bağlı ən azı 1il növbədə gözləməlisiniz. Halbuki 3 ilə yaxındır işsiz kimi qeydiyyatdayam və həmçinin də müharibə iştirakçısıyam”.

Qarabağ Qazisi sonda deyib ki, bu ölkədə kasıbsansa sürünməlisən. “Dövlət sənə şərait yaratmır, səninlə maraqlanmır. Yalnız müharibə vaxtı yadlarına düşürsən. O da, ölmək üçün”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button