Sosial

Əhali 9 ayda ərzağa 20 milyar manat xərcləyib

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35553,1 milyon manatlıq, o cümlədən 20014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15539,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 392,7 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55,9 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq malları alıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button