İqtisadiyyat

Azərbaycanda ən çox maaşı kimlər alır?

2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829,0 manat təşkil edib. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Əməkhaqqı neft-qaz sektorunda 3485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button