DünyaManşet

Ermənistan ordusu məğlubiyyətinin səbəbini araşdırır: bir zabit həbs olunub

Ermənistanın sentyabrın 13-14-də sərhəddə təxribatlarından sonra müxalifətlə yanaşı, erməni ictimaiyyəti ciddi narazılıqlar edirlər. Onlar mütəmadi olaraq iki gün ərzində Azərbaycan Ordusunun necə üstünlük əldə etdiyi ilə bağlı hökumətdən hesabat tələb edirlər.

JAMAZ.İNFO “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, Ermənistan tərəfi məlum hadisələri araşdırmaq üçün istintaq qrupu yaradıb. Qəzet yazır ki, istintaq orqanları hərbi hissələrin şəxsi heyətini dindirməyə başlayıb və iki gün ərzində Azərbaycan Ordusunun bu qədər mövqe üstünlüyünə malik olmasının niyə və necə baş verdiyini müəyyən etməyə çalışır. “Yaxın günlərdə məum hadisələrlə bağlı konkret ittiham irəli sürülərək, kimlərinsə həbs olunacağı artıq qaçılmazdır. Artıq ilk ittiham da müəyyən edilib. Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yardım məntəqəsinin rəisi müharibə zamanı hərbi hissə komandirinin əmrinə tabe olmaqdan boyun qaçırıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button