Siyasət

Dövlət Departamenti: “ABŞ İrəvanla Bakı arasında danışıqlara yardım edəcək”

“ABŞ İrəvanla Bakı arasında danışıqlara yardım edəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün və danışıqların bərqərar olmasına sadiqdir. “Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və hər iki ölkənin arzuladığı davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik. Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimiz şeyi edəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button