ManşetÖlkə içi

Ermənilərdən iddia: “Azərbaycan İrəvana silah və narkotik göndərir”

Ermənistanda bir qrup revanşist yeni bir iddia ilə çıxış ediblər. JAMAZ.İNFO xəbər verir ki, həmin şəxslər Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edərək, həmin qurumdan Gorus-Qafan yolu ilə hərəkət edən İran yük maşınlarını təkrar yoxlamalarını tələb ediblər.

Erməni tərəfi iddia edir ki, Qafan-Gorus yolunda Azərbaycan tərəfindən saxlanılan və yoxlanılan İrana məxsus yük maşınlarına hərbçilərimiz narkotik və silah qoyaraq, onu İrəvana göndərə bilərlər. Hətta bəziləri bir qədər də irəli gedərək, yük maşınlarıəndakı məhsullara zəhərli maddə vurula biləcəyini deyib.

Onlar Ermənistan MTX-dan tələb ediblər ki, Qafan-Gorus yolunda Azərbaycan tərəfindən yoxclanılan İrana məxsus yük maşınlarını təkrar yoxlamaq lazımdır.

P.S. Əvvəla Azərbaycan tərəfi qanuni olaraq Gorus-Qafan yolunda yoxlama aparır və buna ciddi əsaslar var. İkincisi, ermənilər özləri ilə bizi səhv salıblar. Əgər hazırkı imkan onların əlində olsaydı, şübhəsiz bu gün dediklərini edərdilər. Yəni, bu xislət məsələsidir.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button