GündəmManşet

Armen Qriqoryan: “Qarabağ münaqişəsi bitməyib”

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev açıqlama verərək, Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın Dağlıq Qarabağ adlı inzibati ərazi vahidinin olmadığını bəyan edib. Dövlət başçısı Qarabağın Azərbaycan torpağı olduğunu və bu istiqamətdə hər hansı bir danışıqların aparılmayacağını bildirib.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bununla bağlı Qarabağ problemi həll olunmayıb və danışıqlar üçün ən uyğun platformanın ATƏT-in Minsk Qrupunun olduğunu bildirib. Onun sözlərinə görə, həmsədrlər təcili olaraq danışıqların başlaması və bərpası üçün çağırışlar ediblər. “Bu zaman əsas məsələ Qarabağın satusudur. Dağlıq Qarabağ status məsələsi mütləq həllini tapmalıdır. Və biz problemin həllinin Minsk Qrupu formatında görürük. Azərbaycan tərəfinin verdiyi bəyanatlar isə anlaşıllan deyil”.

TŞ katibi daha sonra qeyd edib ki, Qarabağ məsələsi heç vaxt onun Ermənistana verilməsi tələbi ilə bağlı deyil və belə bir istək olmayıb. “Burada söhbət öz müqəddəratını təyin etmədən gedir. Bununla bağlı 30 ildir deyilir”.

Qriqoryan Ermənistan-Türkiyə münasibətləri barədə də danışıb. O deyib ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətləri ilə eyni tutulmamalıdır.

O bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərini davamlı olaraq tənzimləməlidir. “Biz hələ seçkidən əvvəl və sonra bəyan edirdik ki, bütün regionda sülhün və əmin-amanlığın bərpa edilməsi üçün çalışırıq. Bu məntiqlə yanaşdıqda, Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır”.

Qriqoryan hesab edir ki, münasibətləri normallaşdırmaq üçün hər iki tərəfdən yüksək və ən yüksək səviyyədə dialoqu təşkil olunmalıdır. “Biz mütləq Türkiyə ilə münasibətlər məsələsini Azərbaycanla olan məsələyə qatmamalıyıq. Hətta bu lazım olsa belə”.

P.S. Qriqoryanın belə açıqlama verməsi təəccüblü deyil. Çünki publikaya mövzu lazımdır. Üstəlik, erməni cəmiyyətini sakitləşdirmək zərurəti var. Amma reallıq budur ki, Qarabağa hər hansı bir statyus verilməyəcək. Bunu Bakı ən üst səviyyədə bəyan edib. Və bildirib ki, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan qanunları işləyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button