ManşetSosial

Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi: Evinin kreditinə görə

Tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov daha bir məhkəmə çəkişməsi yaşamalı olacaq. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə o, qardaşı Marif Mənsimov tərəfindən məhkəməyə verilib.

Məlumata görə, Marif Mənsimov qardaşından onun evinin kreditlərini ödəmədiyinə görə, şikayətçi düşüb. Bu barədə yayılan xəbərdə deyilir ki, Marif Mənsimov bir xeyli əvvəl özünə bahalı ev alıb. Daha sonra isə həmin evi banka girov qoyaraq, kredit götürüb. Bankdan aldığı klrediti isə Mübariz Mənsimovun istəyi ilə “Palmali” Şirkətlər Qrupunun bəzi layihələrinə sərf edib. Lakin Mənsimovun həbs edilməsi, işlərinin qaydasında olmaması səbəbindən kredit ödənişlərində gecikmə yaranıb. İndi isə həmin pulları geri almaq üçün qardaşını məhkləməyə verib.

İş adamının yaxınları bildirir ki, Marif Mənsimov qardaşı həbs olunanda onun heç bir məhkəməsində iştirak etməyib. Hətta bununla əlaqədar ona müraciət etdikdə “bu işlərə qarışmıram” deməklə kifayətlənib.

Bu azmış kimi, M.Mənsimov qardaşına kömək etmək üçün elə qardaşı tərəfindən alınmçış “Bugatti” markalı maşınını satmaq əvəzinə, daha rahat həyat yaşamağı üstün tutub.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu bu məsələ ilə bağlı hər hansı bir məlumat yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button