ManşetÖlkə içi

Erməni diasporudan separatçılara dəstək: “mühacir hökumət”i maliyyələşdirə bilərik”

Dünən bir qrup erməni siyasətçi və hüquqşünasların iştirakı ilə İrəvanda qapalı yığıncaq keçirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin yığıncaqda separatçıların rəhbəri Samvel Şahramanyan və daha bir neçə adamı da iştirak ediblər. Əsas müzakirə mövzusu isə separatçıların strukturlarını saxlamaq və Ermənistanda “mühacirət hökuməti”ni qurmaqdan ibarət olub.

“Hraparak” qəzeti yazır ki, görüşün əsas təşkilatçısı olan  “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyanla söhbət zamanı bir sıra suallara aydınlıq gətirib. “Deyə bilərəm ki, dövlətçiliyin qorunub saxlanması prosesi son dərəcə realdır və həyata keçirilə bilər. Təbii ki, müxtəlif mərkəzlərdən maneələr, təzyiqlər olacaq, lakin bu, asanlıqla həyata keçirilə bilər”.

O bildirib ki, “mərkəzlər” dedikdə geosiyasiləri də nəzərdə tutur. “Biz təsdiq etdik ki, bunun təkcə siyasi deyil, həm də sivilizasiya komponenti var. Eyni zamanda biz onu da müzakirə etdik ki, heç kim Qarabağdan olan soydaşlarımızı bu proseslər çərçivəsində daxili siyasi proseslər üçün resurs hesab etməsin. Mən “resurs” sözünü təsadüfən işlətmirəm”.

Petrosyan deyib ki, onların hərəkətindən Ermənistan hökuməti məmnun deyil. “Başlanmış proses ətrafında Ermənistan və diaspor arasında geniş konsensus var. Bir çoxları dəstək və maliyyələşdirməyə hazır olduqlarını bildiriblər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button