GündəmManşet

İrəvan separatçıların “partiya”larına qadağa qoydu: onlar QHT kimi fəaliyyət göstərəcək

Ermənistan hökuməti ölkə qanunlarını əsas tutaraq, Qarabağdan qaçan separatçıların bir çox fəaliyyətlərinə qadağa qoyduğunu açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, yerli qanunlara görə, separatçıların bir zamanlar fəaliyyətdə olan “partiya” və “təşkilat”ları Ermənistanda fəaliyyət göstərə bilməz.

Buna görə də, onlar qərara alıblar ki, bundan sonar Ermənistanda “partiya” kimi yox, yalnız QHT kimi təşkilatlansınlar. Artıq ilk addım da atılıb.

Belə ki, Xankəndidə “Ardarutyun” adı ilə fəaliyyət göstərən, hətta separatçıların “parlament”ində təmsil olunan “partiya” bundan sonar QHT-yə çevriləcək. Həmin QHT-nin fəaliyyəti əsasən ermənilərin müdafiəsini təşkil etmək, İrəvan hakimiyyətinin siyasətinə diametral şəkildə zidd fəaliyyətlər həyata keçirəmək və Qarabağ məsələsini actual saxlamaq olacaq. Adla bağlı isə hələlik qərar verilməyib. Lakin bilinən odur ki, həmin QHT-yə Azərbaycana qarşı düşmən münasibət göstərən Metaxe Akopyan başçılıq edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button