ManşetMedia

Şahramanyan bandasını başına yığdı: “Danışacağım çox şeylər var”

Qarabağdan qaçaraq Ermənistana sığınmış separatçıların rəhbəri Samvel Şahramanyan dünən qondarma “deputat”ları başına yığaraq, iclas keçirib. JAMAZ.İNFO “İravunk” qəzetinə istinadən xəbər verir ki, Samvel bandasına bir sıra tapşırıqlar verib.

Qəzet yazır ki, Şahramanyan dəstəsinə tapşırıb ki, Ermənistan hökumət rəsmilərinin sərt açıqlamaları və tənqidlərinə reaksiya verməsinlər. “Mənim daha çox danışacağım şeylər var. Amma gözləyək”.

O, ictimai platformalarda cavabsız sual və şərhlərdən çəkinməyi bandasına tövsiyə edib. “Şahramanyan ümid edir ki, o, yaxın gələcəkdə Nikol Paşinyanla görüşüb yaxın və uzunmüddətli planları müzakirə edəcək. Amma bunun olacağı inandırıcı görünmür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button