ManşetÖlkə içi

Erməni deputat: “Arayiki istefaya məcbur edən Vardanyan və yanındakı 7 nəfər olub”

“Arayik Harutyunyan istefa verməyə məcbur olub”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, hakim “mülki Müqavilə” partiyasının rəsmisi Andranik Koçaryan deyib.

O, Arayiki “istefa”ya kimlərin məcbur etdiyin barədə konkret ünvan göstərməyib. “Ruben Vardanyan təxminən 8 nəfərdən danışırdı. Yəni 7-nin yerini bilir. Biri özüdür. Digər 7-də yaxınlarda ortaya çıxacaqlar. İndi bizi maraqlandıran məsələ odur ki, onların bu addımı nəyə hesablanıb”.

Koçaryan iddia edib ki, guya, Arayik sonuncu “seçilmiş” “prezident” olub. “İndi biz hansı problem həll edirik? Xəbəriniz var ki, legitimlik baxımından ciddi problemlə üzləşmişik? Bundan sonra o, həm Qarabağa, həm də xarici siyasi təmaslarda danışıq aparanlara qarşı istifadə olunacaq”.

Erməni deputat bu işlərin başında Ruben Vardanyanın durduğuna işarə edib. O bildirib ki, Qarabağda faktiki olaraq seçki keçirmək mümkün deyil. “Ruben Vardanyan sonuncu çıxışı ilə özünü ifşa edib. İndi onlar necə seçki keçirəcəklər? Məclis seçəcək? bir var xalq, bir də var xalqın seçdiyi məclis. Bunlar ayrı-ayrı şeylərdir. İndi əsas problem odur ki, elə bir şəxs önə çıxarılmalıdır ki, həm Qarabağdakı siyasi, iqtisadi vəziyyəti düzətltsin. Həm də “müdafiə ordusunda, “təhlüksəzilik sistemində” nüfuz sahibi olsun”.

Koçaryan onu da bildirib ki, Qarabağdakı 8 nəfəri “sirli şam yeməyin”dəki adamlara bənzədir. “Onları “sirli şam yeməyin”dəki adamlara bənzədirəm. Yığışıb, Arayikə dedilər ki, sən getməlisən. Dünən mən bir neçə politoloqun açıqlamalrını oxuyurdum. Məsələn, Vram Atanesyan deyir ki, Ağdam yolu humanitar məqsəd üçün açılmalı, yüklkər rus sülhməramlıları tərəfindən qəbul edilməli və Xankəndinə daşınmalıdır. Araik Harutyunyan buna nail ola bilmədi. Yerinə gələn də buna nail ola bilməyəcək. Çünki həmin 8 nəfər imkan verməyəcək. Ona görə də, biz Qarabağda belə istefaların davamlı olaraq şahidi olacağıq”.

P.S. Qeyd edək ki, Ruben Vardanyan Rusiyanın bir nömrəli admıdır və o, Kremlin razılığı əsasında Qarabağa yerləşib. Əgər Andranik Koçaryanın dediyi həqiqətdirsə, o zaman baş verənlərin Rusiyanın təzyiqləri nəticəsində baş verdiyini qeyd etməkdə şübhə qalmayacaq. Bu isə o deməkdir ki, Rusiya Qarabağda yeni təxribatlar, Azərbaycana reinteqrasiya məsələsinə mane olmaq üçün yeni hazırlıqlara başlayıb. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button