GündəmManşet

Azərbaycan Ordusu Basarkeçərdəki vacib yüksəkliyi götürüb?

Ermənistan tərəfinin Kəlbəcər istiqamətində təxribatları davam edir. JAMAZ.İNFO xəbər verir ki, Zod istiqamətində mövqelərimizi atəşə tutan düşmən ciddi itkilər verib. Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, bu döyüşlərdə 4 əsgərləri ölüb, biri isə yaralanıb.

Hazırda Zod kəndində olduğunu deyən və vəziyyətdən kifayət qədər məlumatlı olan Çərəktar kənd sakini, həmçinin İkinci Qarabağ savaşında Azərbaycana qarşı döyüşmüş Aşot Sevyan “Pastindo” qəzetinə açıqlamasında deyib ki, döyüşlər əsasən Basarkeçər rayonunun yaxınlığında yerləşən yüksəklik uğrunda gedir. “Basarkeçər yaxınlığında çox vacib bir yüksəklik var. Hazırda döyüşlər həmin yüksəklik uğrunda gedir. Azərbaycanın başlıca hədəfi həmin yüksəkliyi götürməkdir. Əgər onu ələ keçirə bilsələr, ümumiyyətlə, Basarkeçəri və Zodu unudun”.

Sevyan deyib ki, Ermənistan ordusu hazırda müqavimət gsötərir. “Əgər Ermənistan bütün qüvvələrini səfərbər edib, ciddi müqavimət gsötərməsə, o zaman biz Basarkeçərdəki həmin yüksəkliyi itirəcəyik”.

Çərəktarlı erməni onu da deyib ki, Ermənistan tərəfinin çoxlu sayda itkiləri var. “Bizim çoxlu itkilərimiz var. Nazirliyin açıqladığı rəqəmi real hesab etmirəm. Döyüşən əsghərlərimiz heç olmasa müqavimət göstərməyə çalışırlar. Mən o yüksəklikdən danışıram ki, Göyçə gölünün şərq sahilinə bütünlüklə nəzarət etmək imkanına malikdr. Hazırda Azərbaycan mövqeləri ilə həmin yüksəklik arasında məsafə 700-800 metr təşkil edir. Ərazidə isə çoxlu sayda hərbi texnika var”.

O qeyd edib ki, Azərbaycan Ordusu yaxşı təhciz olunub. “Azərbaycan Ordusu bu gün çox yaxşı təhciz olunub. Kifayət qədər hazırlıqlıdırlar. Ən müasir texnikaya sahibdirlər. Başa düşüərm ki, onlarla döyüşmək asan deyil. Lakin bu yüksəkliyi əldən vermək olmaz. Bu Göyçənin itirilməsi deməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button