Cəmiyyət

Nazim Bəydəmirliyə yeni ittiham irəli sürülüb

Keçmiş deputat Nazim Bəydəmirliyə qarşı yeni ittiham irəli sürüb. JAMAZ.İNFİ xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc açıqlama verib.

O bildirib ki, istintaq bunun üçün 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində baş vermiş hadisəni əsas tutub. “Guya, Nazim Bəydəmirli 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib. Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu  təkrarən tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb”.

Vəkil bildirib ki, Bəydəmirli ittihamları rədd edir. “O qeyd edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button