GündəmManşet

Edmon Marukyan: “Rusiya təklif edir ki, Qarabağ məsələsinin həlli təxirə salınsın”

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Soçi görüşü, orada müzakirə olunacaq məsələlər barədə yerli İTV kanalına açıqlama verib. JAMAZ.İNFO bildiri ki, diplomat ortada iki sülh sazişi layihəsi olduğunu bildirib.

Lakin onlarına heç birinin Qərb tərəfindən təklif olunmadığını qeyd edib: “Mən rəsmən deyirəm ki, Vaşinqton layihəsi yoxdur, Qərb layihəsi yoxdur. Ermənistan tərəfinə verilmiş sülh müqaviləsinin Azərbaycan layihəsi var. Təqdim olunandan bəri erməni tərəfi üzərində işləyib. Deyə bilərik ki, işlər yekunlaşıb və qarşıdakı iclasda bu barədə müzakirələr aparılacaq”.

O qeyd edib ki, deputat Geqam Manukyanın bu yaxınlarda parlamentin iclasında cırdığı kağızda yazılanlar müqavilə layihəsi deyil, görüşün xülasəsidir. “Mənə maraqlıdır, Manukyan 10 noyabr razılaşmasını nümayişkəranə şəkildə cıra bilərmi?”

O deyib ki, hazırda iki layihə var. “Onlardan biri Azərbaycanın təklif etdiyi, digər isə Rusiyanın layihədir. Baş nazir bildirib ki, bu, sentyabrda təqdim olunub və erməni tərəfi həmin təkliflərlə razılaşıb. Rusiya tərəfi bilir ki, bu, Ermənistan tərəfi üçün məqbul, Azərbaycan tərəfi üçün isə qəbuledilməzdir. Erməni tərəfi ümid edir ki, Rusiya tərəfi Soçidə israr edib Azərbaycan tərəfini razı salacaq”.

Marukyan vurğulayıb ki, Rusiya Qarabağ probleminin həllinin təxirə salınmasını təklif edir. “Ermənistan tərəfi buna müsbət cavab verib. Qərbin şifahi təklifləri isə belədir: Qarabağ və Azərbaycan nümayəndələri arasında beynəlxalq mexanizm yaradılmalı və onların müşahidəsi ilə Qarabağda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi və azadlıqları ilə bağlı danışıqlar aparılmalıdır. Azərbaycan nə birinci, nə də ikinci ilə razılaşmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button