ManşetÖlkə içi

Baş separatçı qondarma “konstitusiya layihəsi”ndən niyə imtina etdi: Bakı Arayikə xəbərdarlıq edib?  

Xəbər verildiyi kimi, dünən Qarabağdakı erməni separatçıların rəhbəri Aarayik Harutyunyan qondarma “konstitusiya layihəsi”ni geri çəkib. JAMAZ.İNFO xəbər verir ki, bu ilin dekabrında “referendum” keçirmək fikrinə düşən separatçıların hazırladıqları “layihə”nin qondarma “parlament”dən alınması bir sıra müzakirələrə səbəb olub.

Qeyd edək ki, Arayik Harutyunyan bunu belə əsaslandırmağa çalışıb ki, guya, “konstitusiya dəyişikliyinin” icrası zamanı verilən müxtəlif siyasi qiymətlər, eləcə də ictimaiyyət arasında “layihə” ilə bağlı mənfi reaksiyalar “daxili parçalanma və gərginliyə səbəbi ola bilər”.

Ermənistanda nəşr olunan “Fakt” qəzeti isə yazır ki, əslində, bunun səbəbləri tamam başqadır və Harutyunyanın əsaslandırması boş şeydir. Nəşr qeyd edir ki, separatçıların rəhbəri qərarların verilməsində müstəqil tərəf deyil. “Məsələ burasındadır ki, dəyişikliklər prezident sistemindən yarı-prezident idarəetmə sisteminə keçidi nəzərdə tuturdu. Bundan sonra Arayik Harutyunyan gedəcək, hakimiyyət isə dövlət naziri Ruben Vardanyana keçəcəkdi. Bu isə bir çoxlarının maraqlarına uyğun gəlmir”.

“Fakt” bildirir ki, Qarabağda baş verənlər iki halla bağlıdır. “Ya Nikol Paşinyan hakimiyyətin Vardanyana keçməməsi üçün Harutyunyanı “konstitusiyaya dəyişiklik layihəsi”ni geri götürməyə məcbur etdi, ya da bu, Əliyevin faktiki təzyiqi ilə edildi ki, Qarabağda danışıq aparan şəxs Ruben Vardanyan olmasın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button