Siyasət

Cavanşir Feyziyev: “Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilər ”

“Qarabağda və ya Ermənistanla sərhəd bölgələrdə ermənilər tərəfindən atəşkəsin pozulması təxribat xarakteri daşıyır. Ermənilər bu təxribatlarla Azərbaycan hərbiçilərini öz üzərinə hücuma sövq edirlər”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri deputat Cavanşir Feyziyev Modern.az-a müsahibəsində deyib.

O bildirib ki, ermənilərin məqsədi Azərbaycanın bəyan etdiyi kimi, münaqişənin tam aradan qalxmadığını göstərmək və bu bəhanələrlə Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsini yenidən beynəlmiləlləşdirmək və Rusiyanın nəzarətindən çıxarmaqdır. “Çox güman ki, bu ssenarinin arxasında Fransanın da rejissorluq fəaliyyəti var”.

Deputat Azərbaycanın Qarabağda antiterror əməliyyatları apara bilməsi məsələsinə də toxunub: “O ki qaldı Azərbaycanın Qarabağ ərazisində anti-terror əməliyyatları keçirməsinə, beynəlxalq hüquq və milli qanunvericiliyimiz bu kimi əməliyyatları mümkün hesab edir. Amma bu hüquqdan nə vaxt və necə yararlanmaq lazımdır, o barədə qərarı ölkə başçısı, Ali Baş Komandan qəbul edir. Əminəm ki, buna zərurət və uyğun şərait yarandığı an Prezident belə bir qərar verməyə bir an belə tərəddüd etməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button