Dünya

London ilk dəfə Kiyevə helikopter verəcək

Ukrayna Böyük Britaniyadan üç ədəd “Sea King” helikopteri alacaq. London ilk dəfə Kiyevə helikopterlər verir.

Jamaz.info xəbər verir ki, Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 10 min artilleriya mərmisi də veriləcək. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles noyabrın 23-də hərbi yardımın genişləndirildiyini açıqlayıb.

Qeyd edək ki, “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Hazırda onların buraxılışı dayandırılıb. Helikopterin bazar qiyməti 5,9 milyon dollardır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button