İqtisadiyyat

Azərbaycanda “Avro-5” yanacağı istehsal ediləcək

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.

Jamaz.info xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir. 2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub.

Ötən il NEZ-də 6 240,3 min ton neft emal olunaraq 1 282,7 avtomobil benzini, 563,7 min ton reaktiv mühərrik yanacağı, 2040,1 min ton dizel yanacağı, 244,8 min ton maye qaz, 342,6 min ton bitum, 12,5 min ton sürtkü yağları, 209,6 min ton koks və digər məhsullar istehsal olunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 96,3% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i ixraca yönəlib. Neft məhsullarının ixracından daxilolmalar 726,4 mln. ABŞ dolları, daxili satışından isə 4 463,2 mln. manat təşkil edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button