Dünya

Türkiyədə güclü sel nəticəsində ölənlərin sayı 17-yə çatdı

Türkiyədə baş verən güclü selin fəsadları davam edir.

Jamaz.info xarici mətbuata istinadən xəbər verir ki, Adıyamanın Tut rayonunda iki nəfərin meyiti tapılıb.
Ümumilikdə, Adıyaman və Şanlıurfada seldə ölənlərin sayı 17-yə çatıb.
Qeyd edək ki, yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə insanlara xəbərdarlıq edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button