Gündəm

İranlı generaldan hədə: “İmperialist güclərə hərbi baza yaradan qonşu ölkələr bunun bədəlini ağır ödəyəcək”

“İranın təhlükəsizliyi, qonşuların da təhlükəsizliyidir. Həmçinin qonşularımızın təhlükəsizliyini özümüzki kimi görürük”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri SEPAH-ın generalı Qulaməli Rəşid deyib.

İranlı general bildirib ki, xarici qüvvələrin bölgəyə müdaxilə etməsi yolverilməzdir. “Eyni zamanda, imperialist güclərin bölgəyə müdaxilə ermələri üçün zəmin yaradan, onlara hərbi baza, şərait və torpaq verən, bölgə xalqları əleyhinə hərbi koalisiya quran istənilən ölkəyə xəbərdarlıq edirik ki, bunun bədəli çox ağır olacaq”.

P.S. Qeyd edək ki, general Qulaməli Rəşid bu fikirləri söyləyərkən İranla qonşu ölkələri nəzərdə tutub. Hazırda Tehranın əsas müzakirə mövzusu Azərbaycandır. Çünki xeyli zamandır Tehran Bakının İsraillə yaxşı münasibətlərə sahib olmasını qəbullana bilmir. İran tərəfi iddia edir ki, guya, Azərbaycan İsrailə hərbi baza yaratmaq imkanı yaradıb.

Raşidin işlətdiyi ifadələrdən də aydın görünən odur ki, hədəf yenə Azərbaycandır. Və bu danışıq tonu hədədən başqa bir şey deyil və xroniki şəkil alıb. Hərçən Bakı Tehranla münasibətlərini normal müstəviyə çatdırmaq, bu kimi mənasız ittihamlardan uzaq durmalarını istəməklə yanaşı, həm də İranın Azərbaycanın daxili işlərinə qarışmamasına mümkün qədər cəhd edir. Ancaq görünən odur ki, İran dayanmaq fikrində deyil. Əksinə, zaman içində hədələrini də artırmaqda davam edir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button