GündəmManşet

Keçmiş nazir: “Azərbaycana hərbi dildə cavab vermək lazımdır”

Ermənistanda mövcud siyasi qüvvələr maksimum dərəcədə təbliğat və təşviqat aparırlar ki, ermənilərin yenidən Azərbaycana qarşı qızışdıra bilsinlər. 44 günlük müharibədən sonra bir qədər sakitləşən erməni cəmiyyəti, ara-sıra revanşist əhval-ruhiyyəyə düşsə də, Azərbaycan Ordusu bütün istiqamətlərdə onların arzularını gözündə qoydu.

JAMAZ.İNFO xəbər verir ki, erməni ictimai-siyasi kəsimi isə dayanmaq bilmir. Onlar sistemli olaraq açıqlamalar verir, erməni xalqını Azərbaycana qarşı yenidən qızışdırır, 90-cı illərin atmosferini qaytarmağa çalışırlar. Məsələn, dünən Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan yeni “qızışaraq” açıqlamalar verib.

O, “Fakt” qəzetinə müsahibəsində iddia edib ki, Azərbaycan heç bir sülh müqaviləsi imzalamaq fikrində deyil. “Ermənistan tərəfi nəinki düşmənin təcavüzkar hərəkətlərini cavabsız qoymağa, hətta düşmənin tələblərinə hörmətlə yanaşmaq üçün bütün mümkün qırmızı xətləri keçməyə davam edir”.

Karapetyan deyib ki, Azərbaycanın hərbi ritorikasına elə hərbi dildə cavab vermək lazımdır. O, bunun üçün 2021-ci ili xatırladıb. “Ermənistan tərəfi həmin ildə Arazdəyəndə Azərbaycan tərəfinin atəşkəsi pozmasına sərt cavab verməklə, onların aqressiyasını cilovlamağı bacardı. Bu gün hakimiyyət azərbaycanlılara cavabın hərbi əməliyyatlara səbəb ola biləcəyini bəyan etməsi siyasi demoqoqiyadır. Əksinə, bu cür davranış böyük müharibəyə gətirib çıxarır”.

Keçmiş nazir konstitusiyanın dəyişdirilməsi məsləsinə də toxunub və başından böyük qələt edərək, Azərbaycan tarixi barədə saxtakarlıq edib. “Ermənistan bəlkə də dünyada yeganə ölkədir ki, başqa ölkə deyir ki, Konstitusiyanızı dəyişdirin. Azərbaycan təkcə, bizim konstitusiyamızı dəyişmək istəmir. Onlar bizim tariximizi istəyirlər. Çünki özlərinin tarixi yoxdur. Azərbaycan ötən əsrin əvvəllərində yaranıb, ondan əvvəl heç bir sənəddə Azərbaycanın adı yox idi. Onların məqsədi bizimlə sülh müqaviləsi imzalamaq deyil, rəhbərliyimizin hörmət bəslədiyi tariximizi mənimsəməkdir”.

P.S. Erməni “general” Azərbaycana hərbi dildə cavab vermək lazım olduğunu deyir, amma nəticələrini hesablamır. Ən azı özü nazir olan zaman rəhbərlik etdiyi ordusunun başına hansı fəlakətin gəldiyinə şahid olan biri, belə qələt sözlər danışmamalıdır. Karapetyan özü də əla bilir ki, Ermənistan ordusu heç vaxt Azərbaycan Ordusunun qarşısında duruş gətirəcək gücdə olmayıb. Bundan sonra da olmayacaq.

Qaldı, Karapetin nəvəsinin “Azərbaycan adında dövlət olmayıb” sözlərinə, bunu o xalqın nümayəndəsi deyir ki, onun tarixi belə yoxdur və bu ərazilərə nə vaxt köçdüklərinin dəqiq tarixi mövcuddur.

P.P.S. Deyəsən, Arşakın da könlündən Arayik, Bako və Arkadi kimi, DTX-nın “podvalı” keçir. 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button