ManşetÖlkə içi

Separatçlılar əl-ayağa düşüb: “Qarabağ məsələsi birdəfəlik bağlanacaq”

Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilərin böyük hissəsi başqa ölkələrə üz tuturlar. Onlar gələcəklərini Ermənistanda görməyib, Rusiya və Fransaya gedərək, oralarda məskunlaşmağa üstünlük verirlər. Amma imkan tapıb gedə bilməyənlər Ermənistanda qalaraq, bu ölkənin vətəndaşlığını qəbul etmək üçün cəhd edirlər.

Qeyd edək ki, bir müddətdir Ermənistanda bu məsələ aktiv müzakirə olunur. Rəsmi İrəvan vətəndaşlıq verilməsi ilə yanaşı, həm də Qarabağdan könüllü köçmüş ermənilərə “qaçqın statusu” verməyi də hədəfləyir. Yəni, İrəvana həm işçi qüvvəsi lazımdır, həm də gələcəkdə əlavə problem lazım deyil.

Amma separatçılar bu prosesə mane olmaq üçün aktiv təbliğat aparırlar. Onlar Qarabağdan köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilməsinin əleyhinə olduqlarını bildirirlər. Onlardan biri separatçıların nümayəndəsi Armen Sarkisyandır. Özünü tarixçi hesab edən Sarkisyan iddia edib ki, Ermənistan hökumətinin “Qarabağdan köçən ermənilərə vətəndaşlıq verilməsi doğur addımdır” fikirləri yanlışdır.

Bundan sonra sarsaqlayan separatçı onu da iddia edib ki, guya, Qarabağ erməniləri 70 il sovet dövründə, 30 il də işğal dövründə Ermənistan vətəndaşı olmaq üçün “alışıb yanırmışlar”. “Qarabağ ermənilərinin bu arzusu 70 ildir mövcud idi. Qarabağda hədəfimiz o idi ki, əvvəlcə müstəqil olub, daha sonra Ermənistana birləşək. Bu arzumuz nə zaman reallaşacaq, bilmirəm”.

O deyib ki, indiki halda Qarabağdan köçən ermənilərin Ermənistan vətəndaşlığı qəbul etməsi təhlükəlidir. “Əgər insidentdən sonra Qarabağdan köçənlər Ermənistan vətəndaşlığı üçün müraciət etsələr, o zaman Qarabağ məsələsi və Qarabağa qayıtmaq yolları avtomatik olaraq bağlanacaq”.

P.S. Sarkisyan və o ağılda olan separatçılar hələ də qanmırlar ki, Azərbaycan bir ermənini belə Qarabağdan zorla köçürməyib. Əksinə, son antiterror əməliyyatından sonra onlara Azərbaycan vətəndaşlığı təklif edib. Bunu qəbul edənlər, hazırda Xankəndidə yaşayır və heç bir həyatı təhlükələri yoxdur. İstəməyənlər isə çoxdan gediblər və geroi qayıtmaları da bundan sonra mümkün olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button