Gündəm

Erməni kilsəsi iş başında: Qarabağ yenə yadlarına düşüb

Ermənilərin formalaşmasında, habelə bu günkü xəstə hala düşməsində kilsənin böyük rolu olub. Erməni kilsəsi həmişə siyasi prosesin avanqardı olmaqla yanaşı, həm də ermənilərin dinc yaşamasına mane olub. Onların böyük, amma mənasız iddialarla yaşamasına səbəbkardır.

JAMAZ.İNFO xəbər verir ki, “böyük ermənistan” xülyası ilə yaşayan kilsə 2020-ci il savaşından sonra bir müddət susqun dayansa da, yenidən fəallaşmağa başlayıb. Əvvəlcə, Eçmiəzdindəki bütün ermənilərin dini lideri II Qaregin yüngül bir açıqlama verməklə kifayətlənsə də, Qarabağdakı erməni kilsəsinin arxiyepiskopu “mübarizədən” dəm vurmağa başladı.

Bu gün isə Böyük Kilikiya Evinin katolikosu I Aram Qarabağla bağlı açıqlama verib. O bildirib ki, xalqın öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüququn tərkib hissəsidir. “Ona görə də, Qarabağın öz müqəddəratını təyinetmə hüququ sövdələşmə predmeti ola bilməz”.

Qeyd edək ki, kilsə prosesə yenidən qoşulacaqsa, Azərbaycan və Ermənistan arasında hətta sülh sazişi imzalansa belə, bunun heç bir əhəmiyyəti qalmayacaq. Çünki kilsə təxribatlara davam edəcək və ordu ilə yanaşı sıravi ermənilər də öz siyasətinə alət etməyə başlayacaq. Bu isə sərhəddə heç vaxt sabitliyin olmayacağı deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button