ManşetSiyasət

Harutyunyan təsdiqlədi: “Ermənilərin, xüsusən də tələbələrin Qarabağdan getməsi üçün maşın ayrılıb”

Dünən Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bir müddət əvvəl qondarma “dövlət naziri” olmuş, Rusiyanın kuklası sayılan erməni milyarder Ruben Vardanyanla görüşüb. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə predmeti son günlər Qarabağdan köçmə hallarının çoxalması və bunun üçün separatçılar tərəfindən avtobusların ayrılmasıdır.

Qəzet yazır ki, “Qarabağın Təhlükəszilik və İnkişaf Cəbhəsi” adlı qondarma birliyin rəhbəri Ruben Vardanyan baş verənlərə etiraz edib. O, bunun qarşısının alınmasını istəyib və avtobus ayrılması üçün qərarın kimin verdiyini dəqiqləşdirməyə çalışıb. “Harutyunyan ona konkret cavab verməyib. Yalnız onu bildirib ki, Qarabağdan ermənilərin çıxarılması üçün nəzərədə tutulan avtobusların ayrılması ilə bağlı qərarı təhlükəsizlik şurası verib”.

“”Hraparak”ın yazdığına görə, Arayik Harutyunyan Ermənistanla Qarabağ arasında birbaşa əlaqənin bərpa edilməsi üçün çalışdıqlarını dilə gətirib. Lakin getmək istəyənlərə də mane ola bilmədiklərini bildirib. “Hrutyunyan daha sonra deyib ki, minlərlə insan Ermənistanla əlaqənin, xüsusən də xəstələrin daşınması üçün təmin olunmamasından şikayətlənirlər. Baxmayaraq ki, Qırmızı Xaç Komitəsi Rusiya sülhməramlılarının köməyi ilə bu məsələni həll edir”.

Arayik Harutyunyan artıq tələbələrdən də ərizə aldıqlarını qeyd edib. “O bildirib ki, tələbələrdən ərizələr alınır. Onların Xankəndidən çıxarılması qərarı verilib. Bunun üçün nəqliyyat ayrıldığını da söyləyib”.

Məlumata görə, Ruben Vardanyan bu qərarla razılaşmayıb. O bildirib ki, tərəfdarları ilə müzakirələrdən sonra hansı addımlar atacaqlarını elan edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button