Dünya

İranda edamlar başladı

İran molla rejimi Məhsa Əminin qətlinə etiraz olaraq başlayan aksiyalarda həbs olunanlara qarşı ilk edam qərarları verməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu gün Tehran İnqilab Məhkəməsi həbs olunanlardan biri barədə edam qərarı çıxarıb.

Belə ki, məhkəməyə çıxarılan 6 nəfərdən 1-nə edam qərarı çıxarılıb. Bu barədə açıqlama verən Tehranın prokuroru Qulamhüseyn Möhsin Ejeyi bildirib ki, həmin şəxs dövlət əmlakına zərər vurmaqda, asayişi pozmaqda, dövlətin əsaslarına qarşı qanunsuz hərəkətlər etməkdə, habelə dövlətə qarşı çıxmaqda ittiham olunur.

Məhkəməsi keçirilən digər 5 nəfər isə 5 ildən 10 ilə qədər həbs cəsazına məhkum edilib.

Qeyd edək ki, İranda etirazlar davam edir. Aksiyaların hazırda əsas episentri Tehran, Bəllucistan və Kürdistandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button