GündəmManşet

“Bakı müqavilədən sonra azərbaycanlıların Ermənistana qaytarılmasını tələb edəcək”

Azərbaycanla Ermənistan arasında danışıqların sülh sazişi ilə yekunlaşıb, yekunlaşmayacayı bəlli deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, Bakını açıq şəkildə ittiham etməsi belə deməyə əsas verir ki, İrəvan hər hansı sənəd imzalamaq fikrində deyil. Əksinə, prosesi uzadaraq, vaxt qazanmağa, daha yaxşı silahlanaraq yenidən müharibəyə başlamağı qarşılarına hədəf qoyublar.

JAMAZ.İNFO xəbər verir ki, erməni siyasətçilər isə artıq sülh sazişi üçün son mərhələnin başlandığını, ilin sonuna kimi müqavilənin imzalanacağını iddia edirlər. Bu azmış ki, belə bir sənəd imzalanarsa, ondan sonrakı dövrün də proqnozunu verməyə başlayıblar.

Erməni siyasətçi  Artur Xaçatryan özünün Facebook səhifəsində yazır ki, sülh sazişindən sonra Azərbaycan vaxtıyla Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma yurd-yuvasına qayıtmasını tələb edəcək. “Mən əminəm ki, sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı qaşqınların Ermənistana, öz dədə-baba yurdlarına qayıtmasını tələb edəcək. Deməli, əgər parlaq gələcəkdə Vaik Əzizbəyov adlanacaqsa, o zaman “biuz sadəlöhv insanlarıq, bizi aldatdılar” deməyin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button