DünyaManşet

İstanbulda terror: 6 ölü, 81 yaralı

Bu gün axşam saatlarında Türkiyənin ən böyük şəhəri olan İstanbulda partlayış baş verib. JAMAZ.İNFO xəbər verir ki, İstiqlal caddəsində baş verən hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 81 nəfər isə yaralanıb. Onlardan 2-nin durumu ağırdır.

Türkiyə prezidentinin müşaviri Fuad Oktay bildirib ki, hadisənin bir qadın tərəfindən törədildiyinə dair şübhələr var. “Qadın olduğunu dəyərləndirdiyimiz bir terroçunun bombanı partlarması nəticəsində baş verənləri terror hadisəsi olaraq dəyərləndiririk”.

Prezident Rəcəb Tayyib Ərdoğan da hadisə barədə açıqlama verib. Oo bildirib ki, hadisənin birmənalı olaraq terror olması barədə indidən qəti söz demək çətindir. “Lakin bu olayın terror olması barədə ciddi əsaslar da var. Hadisənin bir qadın tərəfindən törədildiyi, hadisə yerindən qaçdığına dair görüntülər mövcuddur və hazırda həmin qadının kimliyi dəqiqləşdirilir. Bu olayın terror olması ehtimalı böyükdür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button