Dünya

“Altılı masa” toplanır – Namizəd açıqlanacaq?

Türkiyədə müxalifət partiyalarının siyasi ittifaqı olan “Altılı masa” bu gün növbəti toplantısını keçirəcək.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu, ittifaqın sayca 10-cu toplantısıdır.

Bugünkü toplantıya keçmiş baş nazir və xarici işlər naziri Ahmet Davutoğlunun sədrlik etdiyi Gələcək Partiyası ev sahibliyi edəcək.

Ahmet Davutoğlu toplantıya hazırlıq məqsədilə liderlərlə 2 tur ayrılıqda görüşlər keçirib. 9 əsas, 72 köməkçi başlıq altında parlamentli respublikaya keçid proqramı dəyərləndirilib. Toplantıda da bu mövzunun müzakirəsi nəzərdə tutulub.

“Altılı masa” sürətləndirilmiş iş rejiminə keçməyə qərar verib. Yanvarın sonuna qədər növbəti – sayca 11-ci toplantının keçirilməsi planlaşdırılır. 11-ci toplantıya Meral Akşenerin lideri olduğu İYİ Partiya ev sahibliyi edəcək.

Prezidentliyə namizədin isə fevralda elan olunması gözlənilir.

Qeyd edək ki, müxalifətin “Altılı masa” ittifaqına Kemal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin İYİ Partiyası, Temel Karamollaoğlunun Səadət Partiyası, Ahmet Davutoğlunun Gələcək Partiyası, Ali Babacanın DEVA Partiyası, Gültekin Uysalın Demokrat Partiyası daxildir.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button