Media

Baku.ws-in 19 yaşı tamam olur

Bu gün Baku.ws saytının yaranması günüdür.
Jamaz.info xəbər verir ki, saytın fəaliyyətə başlamasından 19 il ötür.
Bu illər ərzində Baku.ws daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib.
Xəbər portalı dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, reportaj, müsahibə, araşdırma, eləcə də ekspert və mütəxəssislərin açıqlamalarını təqdim edir.
Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayıb.
Baku.ws Azərbaycanın instagram seqmentində 1 milyon izləyicini ötmüş ilk və yeganə rəsmi xəbər səhifəsidir. Səhifə 2022-ci ilin sentyabr ayında Azərbaycan seqmentində rekord göstəriciyə imza atıb. Belə ki, Baku.ws-in instaqram səhifəsinin bir ay ərzində unikal istifadəçilərin sayı 2,8 milyon təşkil edib və paylaşımlar ümumilikdə 221 milyon baxış toplayıb. Bu rəqəmlər onu göstərir ki, səhifə milyonlara xitab edir və izləyicilər rəsmi, etibarlı xəbər ünvanı olaraq məhz Baku.ws-i seçir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button