Cəmiyyət

Yanvar hadisələri: Mənsimov dövlətə xəyanətdə ittiham olunur

Qazaxıstanda ötən ilin yanvar ayında baş verən iğtişaşlarla bağlı hüquqi prosedurlar davam edir.

Jamaz.info “Kazinform”a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentindəki müzakirələr zamanı yeni məlumatlar açıqlanıb.

Bildirilib ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sabiq sədri Kərim Mənsimovun yanvar hadisələri ilə bağlı cinayət işinə hazırda məhkəmədə baxılır. O və müavini dövlətə xəyanətdə ittiham olunur. Həmçinin Mənsimov səlahiyyət həddini aşmaq və dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhddə günahlandırılır.

Məlumata görə, hadisələrə aktiv şəkildə yön verən “Dikiy Arman” ləqəbli şəxs də Mənsimovun rəhbəri olduğu xüsusi xidmət orqanı tərəfindən koordinasiya edilib.

Hadisələr zamanı ümumilikdə 1440 silah oğurlanaraq etirazçılara paylanıb.

Qeyd edək ki, yanvar hadisələri zamanı Qazaxıstanda 238 nəfər həyatını itirmiş, 4 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər almışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button