Dünya

ABŞ-dan İrana hücumlarla bağlı açıqlama

“Vaşinqton rəhbərliyi İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yaxınlığındakı sursat zavodunu pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə almaqda maraqlı deyil”.

Jamaz.info xəbər verir ki, bu sözləri adı açıqlanmayan amerikalı rəsmi söyləyib. Onun fikirlərinə İsrail İctimai Yayım Təşkilatı (KAN) yer verib.

ABŞ rəsmisi bildirib ki, “İsfahan hücumunda Vaşinqtonun əli yoxdur”.

İsrail rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib. Təl-Əviv administrasiyası əvvəllər də İran daxilində oxşar əməliyyatlar keçirməkdə ittiham olunub.

Xatırladaq ki, “Əl-Ərəbiyyə” ABŞ təyyarəsinin İrandakı hərbi zavoda hücumda iştirak etdiyi haqda məlumat yaymışdı. Telekanal öz mənbələrinə istinadən bildirib ki, “Amerika təyyarələri İranın İsfahan şəhərindəki hərbi obyektə pilotsuz uçuş aparatları vasitəsilə zərbə endirilməsində iştirak edib”.

Qeyd edək ki, İranın dövlət televiziyası yanvarın 29-na keçən gecə İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini bildirib. İsfahan qubernatorluğu partlayışı təsdiqləsə də, itkilərin olmadığını açıqlayıb. İran Məclisinin İsfahan müavini Hüseyn Mirzay İsfahan şəhəri üzərində səmada görünən PUA-ların İsrailə aid olduğunu iddia edib. “Wall Street Journal” isə İranın müdafiə obyektinə hücumu PUA-larla İsrailin həyata keçirdiyini yazıb. “Yediot Ahronot” qəzeti də adları açıqlanmayan ABŞ rəsmilərinin “hücumun İsrail tərəfindən həyata keçirildiyini” bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button